Bakıda qadını avtomobil vurub

24 İyun 2021 08:38

Bakının Nizami rayonunda yol-nəqliyyatı hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, qəza "Sevinc"kinoteatrı"nın qarşısında qeydə alınıb.

1964-cü il təvəllüdlü Hüseynova Natella Əbülfət qızı piyadalar üçün ayrılan zolaqdan keçərkən onu minik avtomobili vurub.

Yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Milli.Az