Bakıda avtomobilin vurduğu Şirvan sakini komaya düşüb

24 İyun 2021 08:28

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

Orxan Dəmirov yolu keçərkən onu avtomobil vurub.

O, komaya düşüb və Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az