İspaniyadan "5" - tarixində ilk

23 İyun 2021 22:44

İspaniya millisi ardıcıl 5-ci dəfə penalti zərbəsindən yararlanmayıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, AVRO-2020-nin qrup mərhələsinin III turunun Slovakiya ilə matçında Alvaro Moratanın zərbəsini qapıçı dəf edib.

İspaniyalılar bundan əvvəlki 4 penaltini də qaçırıb. Jerar Moreno AVRO-2020-nin II turunun Polşa ilə matçında (1:1), Abel Ruis Litva ilə yoldaşlıq oyununda (4:0) dəqiq olmayıb. Serxio Ramos isə Millətlər Liqasının İsveçrə ilə görüşündə (1:1) iki dəfə 11 metrlik cərimə zərbəsini qaçırıb.

Qeyd edək ki, ardıcıl 5 penaltinin qeyri-dəqiq olması İspaniya yığmasının 101 illik tarixində ilk belə seriyadır.

Milli.Az