NATO Quru Qoşunları Komandanlığının nümayəndə heyəti Hərbi Akademiyada olub - FOTO

23 İyun 2021 18:04

Ölkəmizdə səfərdə olan NATO-nun İzmirdə yerləşən Quru Qoşunları Komandanlığının Qərargah rəisi diviziya generalı Metin Tokelin başçılıq etdiyi nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyasını ziyarət edib.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, görüş zamanı qonaqlara Hərbi Akademiyanın fəaliyyəti barədə geniş brifinq təqdim edilib, NATO ilə hərbi təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Milli.Az