3 ildən artıqdır ki, ARB telekanalında Anons redaksiyasının rəhbəri vəzifəsində çalışan Sevinc Çılğın işindən ayrıldığını açıqlayıb.
Milli.Az qaynarinfo-ya istinadən xəbər verir ki, S.Çılğın 15 ildən artıqdır televiziya sahəsində çalışdığını və bir müddət dincəlməyə ehtiyac hiss etdiyini bildirib.
"Yenidən bu sahəyə dönüb-dönməyəcəyim, yaxud nə ilə məşğul olacağım barədə düşünmək belə istəmirəm bu dəqiqə. Sadəcə dincəlmək, bir müddət hamıdan, hər şeydən uzaqlaşmaq istəyirəm" - deyə əlavə edib.
Milli.Az