Ölkədən 90 milyard pul çıxaran dəstə tutuldu
30 Aprel 2010 12:25
Rusiyada, ölkədən 90 milyard rubl pul çıxaran dəstə tutulub.
Milli.Az "Life News"-a istinadən bildirir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin iqtisadi təhlükəsizlik departamentindən bildirilib.
Məlumata görə, iki il ərzində ölkədən 90 milyard rublu çıxarmağa nail olmuş dəstənin 4 üzvü həbs olunub. Onların azərbaycanlı olduğu deyilir. "Ticarət-tikinti bankı" ASC-nin əməkdaşı olduğu bildirilən daha bir nəfərdən isə Moskvanı tərk etməmək barədə
iltizam alınıb. Gözlənildiyinə görə, onların
barəsində Rusiya Cinayət Məcəlləsinin qanunsuz bank
fəaliyyəti və qaçaqmalçılıq maddələri ilə cinayət işi
başlanılacaq.
Əməliyyatçılar aşkar edib ki, 2008-ci ildən başlayaraq müxtəlif saxta maliyyə əməliyyatları vasitəsi ilə bu pullar əsasən Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri vasitəsi ilə daşınıb. İstintaqın məlumatına görə, Azərbaycan vətəndaşları pulları köçürmə yolu ilə qanunsuz olaraq ölkədən
çıxarırmışlar, sonra isə orada vəsaiti nağd pula çevirərək
qaçaqmalçılıq yolu ilə yenidən Rusiyaya qaytarırmışlar.
Milli.Az