Ebru Şahindən evlilik açıqlaması

24 İyun 2021 23:05

Türkiyənin məşhur cütlüyü aktrisa Ebru Şahin ilə basketbolçu Cedi Osman avtomobildə müxbirlərlə söhbət edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa jurnalistlərin "Cedi Osmanın ailəsi ilə tanış olmusunuz, evlilik barədə düşünürsünüz" sualına belə cavab verib:

"Ailəsi ilə çoxdan tanış olmuşam. Münasibətimiz çox gözəl davam edir. Hazırda evlilik barədə düşünmürük".

Qeyd edək ki, iyunun 25-də cütlüyün nişanlanacağı deyilirdi.

Milli.Az