Onun üçün Avro-2020 bitdi

23 İyun 2021 16:42

Niderland millisi ciddi itki ilə üzləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, komandanın hücumçusu Luk De Yonq zədələnib.

Millinin ötən axşam keçirilən məşqində diz bağlarından zədə alan 31 yaşlı futbolçunun uzun müddət meydana çıxa bilməyəcəyi məlum olub. Avro-2020-ni erkən bitirən "Sevilya"nın hücumçusu artıq milli komandanın düşərgəsini tərk edib.

Qeyd edək ki, Niderland yığması yer aldığı C qrupunda 9 xal toplayaraq 1/8 finala adlayıb.

Milli.Az