Baş Qərargah rəisi: “Rusiya nüvə silahı tətbiq etmək hüququnu özündə saxlayır”

23 İyun 2021 12:17

"Rusiya Federasiyası hərbi təcavüzə cavab olaraq nüvə silahı tətbiq etmək hüququnu özündə saxlayır".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov Beynəlxalq Təhlükəsizlik üzrə IX Moskva Konfransında deyib.

General bildirib ki, müasir şərtlərdə nüvə silahı Rusiya üçün strateji stabillik elementi kimi qalır.

Milli.Az