Gürcüstanda son sutkada koronavirusa 773 yoluxma halı qeydə alınıb, 12 nəfər ölüb

23 İyun 2021 13:09

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 773 yoluxma halı qeydə alınıb, 12 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat yerləşdirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 360 828, ölənlərin sayı isə 5 211 nəfərə çatıb. Virusa yoluxanlardan 346 792 nəfərin sağaldığı bildirilir.

Milli.Az