Ehtiyacdan bərbər işləyən Talıb Tale: “Saç kəsə bilmirdim” - VİDEO

23 İyun 2021 14:00

ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı müğənni Talıb Tale olub.

Milli.Az xəbər verir ki, ifaçı sənətə gəlməmişdən öncə bərbər işlədiyini etiraf edib:

"Universitetə hazırlıq ərəfəsi idi. Maddi cəhətdən sıxıntım vardı. Evimizin yaxınlığında köhnə mağaza vardı. Oranı təmir etdirib, bərbərxana açdım. Saç kəsməyi bilmirdim, amma özüm edirdim. Tələbə vaxtı isə dərsdən sonra inşaat sahəsində işləyirdim. Daha sonra studiyaların birində səs rejissoru kimi də işləmişəm. Oradan da bu sənətə gəldim".

Milli.Az