Dərsliklər hazırlanarkən şagirdlərin fikirləri nəzərə alınacaq - VİDEO

23 İyun 2021 18:24

2022-2023-cü tədris ilinə ölkənin ümumi təhsil müəssisələrinin III, VII və X sinifləri üçün təkmilləşdiriləcək dərsliklərə dair bu il həmin dərsliklərdən istifadə etmiş şagirdlərin fikirlərinin öyrənilməsi prosesinə başlanılıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki,bu məqsədlə "Virtual məktəb" platformasında dərsliklərlə bağlı sorğu yerləşdirilib.

Hər bir dərslik üzrə sorğuya daxil olaraq irad və təklifləri yazmaq mümkündür.

Təhsil Nazirliyinin əməkdaşı Günel Seyidova deyib ki, artıq rəylər daxil olmağa başlayıb.

Bildirilib ki, seçilən rəylər dərslik hazırlayan poliqrafiya müəssisələrinə təqdim ediləcək. Gələcəkdə bu proses daha da genişləndiriləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az