Azərbaycanlı prodüser iş yerində QƏFİL dünyasını dəyişdi - FOTO

24 İyun 2021 22:06

Musiqi prodüseri, aranjimançı və təşkilatçı Emil Minyaşev vəfat edib.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə paylaşım edib.

Qeyd edilib ki, 43 yaşlı prodüser dünən iş yerində dünyasını dəyişib.

Xatırladaq ki, Emil Minyaşev 11 noyabr 1978-ci ildə Bakıda anadan olub. O, bir çox məşhur Azərbaycan musiqiçiləri ilə əməkdaşlıq edib.

Milli.Az