Toyların başlamasına ən çox onlar sevindilər

23 İyun 2021 12:29

İyulun 1-dən şənliklərin keçirilməsinə icazə verilməsi toy gününü gözləyən gənclərlə yanaşı, musiqiçiləri də sevindirib.

Milli.Az big.az-a istinadən xəbər verir ki, pandemiya dövründə, yəni son iki ildə demək olar ki, işsiz qalan müğənnilər, musiqiçilər, nişan-xına məclislərinin təşkilatçıları bildirdilər ki, bu qərarı çoxdan gözləyirdilər.

Bir çoxlarını icazədən sonra toy bazarında müğənnilərin qonorarlarının artıb-artmaması maraqlandırır.

Müğənni və musiqiçilər deyir ki, heç bir qiymət artımından söz gedə bilməz.

Milli.Az