Bakıda intiharın qarşısı alındı - FOTO

24 İyun 2021 23:45

Bakıda intihara cəhd hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Xətai rayonu Gəncə prospektində qeydə alınıb.

1982-ci il təvəllüdlü Məhərrəmov Orxan Nəbi oğlu yaşadığı binanın 9-cu mərtəbəsindən özünü yerə atmaq istəyib. Əraziyə çağırılan FHN-nin xilasetmə qüvvələri və rayon polis əməkdaşlarının köməkliyi ilə intiharın qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır

Milli.Az