Məşhur futbolçu nişanlandı - FOTO

23 İyun 2021 10:39

İngiltərənin "Mançester Siti" futbol komandasının əlcəzairli yarımmüdafiəçi Riyad Mahrez nişanlanıb.

Milli.Az xəbər verir ki, bu barədə o  "Instagram" hesabından paylaşım edib.

Məşhur futbolçu 16 ay görüşdüyü Teylor Vardla ailə həyatı quracaq.

Riyad sevgilisinə xüsusi olaraq hazırladığı 400 000 funt sterlinq dəyərində üzüklə evlilik təklifi edib.

Milli.Az