"Yalançı bombardmançılar" indi də Kürü "minaladı"
30 Aprel 2010 12:16
Daxili İşlər Nazirliyindən Milli.Az xəbər portalına verilən məlumata görə, hələlik şəxsiyyəti müəyyən edilməmiş şəxs, naməlum telefondan Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinə zəng edərək "Kür çayında və Bakı şəhərində partlayıcı var" deyərək dəstəyi asıb.
Hazırda faktla bağlı araşdırma aparılır. Naməlum şəxsin axtarışları davam etdirilir.
Anar Məmmədov
Milli.Az