Binəqədidə yanğin söndürüldü - VİDEO

22 İyun 2021 22:41

Məlumat verildiyi kimi, 22 iyun 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda ağaclıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Müki müdafiə qoşunlarının müvafiq qüvvələri cəlb olunub. Həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğının daha geniş əraziyə yayılmasının və ətraf əraziyə vura biləcəyi böyük ziyanın qarşısı alınaraq qısa müddətdə söndürülməsi təmin edilib.

Yanğın nəticəsində 4 hektar sahədə quru ot, kol-kos, şam ağacları və quru ağac kötükləri yanıb. Sıx ağaclıq sahə, yaxınlıqdakı infrastruktur və ictimai-iaşə obyektləri yanğından mühafizə olunub.

Milli.Az