Bulvar zolağı Bibiheybətə qədər uzadılacaq - RƏSMİ

22 İyun 2021 17:54

"Bakı şəhərinin baş planı layihəsi 2040-cı ilə qədər Bakı şəhərinin inkişafını nizamlayacaq böyük və strateji bir layihədir. Hazırda o layihə yekunlaşma mərhələsindədir. Artıq təsdiqlənməsini gözləyirik".

Milli.Az big.az-a istinadən xəbər verir ki, bunu Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin sektor müdiri Aytac Əkbərli deyib. O bildirib ki, bu layihə çərçivəsində yaşıllıq sahələrinin maksimum artırılması nəzərdə tutulub:

"Bu layihəyə göllərin regenerasiyası, yaşıllıq sahələrin artırılması, yeni parkların salınmas və bulvar zolağının Bibiheybətə qədər uzadılması aiddir".

Milli.Az