ABŞ-ın Ayova Universitetinin alimləri, geomaqnit fırtınaları zamanı, güclü elektromaqnit dalğalarının rol oynadığını sübut edərək, qütb parıltısının sirrini açıb. Hipotezə əsasən, maqnit sahəsinin güc xətləri boyunca yayılan plazmadakı elektromaqnit dalğalarını təşkil edən alvenov dalğaları hissəcik sürətləndiricisi rolunu oynayır.
Saatda 72 milyon kilometr sürətlə hərəkət edən günəş küləyindəki elektronlar, Yerin maqnit sahəsinə daxil olur, güc xətləri boyunca sürətlənərək atmosferin yuxarı hissəsinə daxil olur və bu da öz növbəsində oksigen və azot molekulları ilə toqquşaraq qıcıqlanır və işıq saçmağa başlayır. Bu fərziyyə, qismən qütb parıltısı üzərində alvenov dalğalarını müşahidə edən kosmik aparatların məlumatları ilə təsdiqlənir. Deyerler.org
Milli.Az