“Porsche” “Panamera” və “Taycan” avtomobillərini geri çağırır

27 İyun 2021 20:20

Almaniyanın məşhur avtomobil istehsalçısı "Porsche" Çin bazarında satdığı 1571 avtomobili ön körpünün yarımox qollarındakı nasazlığa görə geri çağırır.

Milli.Az ted.az-a istinadən bildirir ki,geri çağırılan avtomobillər cari ilin fevral-may aylarında istehsal olunan "Panamera" və "Taycan" modelləridir.

Bildirilir ki, nasaz detallar "Porsche" tərəfindən yoxlanılacaq və ehtiyac olacağı təqdirdə dəyişdiriləcək.

Milli.Az