Azərbaycanda məşhur apteklər şəbəkəsi CƏRİMƏLƏNDİ

22 İyun 2021 15:46

"Buta Farm" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) cərimələnib.

Milli.Az Unikal.org-a istinadən bildirir ki, protokol baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilib.

İşə hakim Anar Sadıqovun sədrliyi ilə baxılacaq.

Şirkətə İnzibati Xətalar Məcəlləsinin 452.1-ci (Apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılmasına və ya yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydalarının pozulmasına görə) maddəsi ilə protokol tərtib edilib.

Bu inzibati xətaya görə, yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə tətbiq edilir.

Milli.Az