Lionel Messi Argentina millisinin rekordunu təkrarlayıb.
Milli.Az xəbər verir ki, ulduz hücumçu yığmadakı oyun sayında Xavyer Maskeranoya çatıb.
O, bunu Amerika kubokunun 3-cü turunun Paraqvayla görüşündə rəsmiləşdirib. Messi 147-ci dəfə meydana çıxmaqla Xavyerə çatıb.
Qeyd edək ki, Argentina Paraqvayla qarşılaşmada 1:0 hesabı ilə qalib gəlib.
Milli.Az