Azərbaycanlı idmançı Qran-Pridə birinci oldu

22 İyun 2021 13:21

Azərbaycan Milli Paralimpiya yığmasının cüdoçusu Kənan Abdullaxanlı Böyük Britaniyanın Urovik şəhərində keçirilən cüdo üzrə Beynəlxalq Qran-Pridə qızıl medal qazanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, idmançımız 100 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 

Bununla Abdullaxanlı Tokio-2020 Yay Paralampiya Oyunlarına lisenziya qazanmaq şansını artırıb. 

Milli.Az