Cavanşir Məmmədovdan ittiham: "Sən gəlib orada mənə fiqura göstərirsən?"

22 İyun 2021 15:52

"Mənim dilim başımı ucaldır. Mənə 10 milyonun sevgisi lazım deyil. Onlardan bir milyon məni sevsə, bəsdir. Hamı bir adamı bəyənə bilməz".

Milli.Az sherg.az-a istinadən xəbər verir ki, bu sözləri "Xəbər-ətər" proqramında müğənni Cavanşir Məmmədov deyib. O, qalmaqallı açıqlamalarından söz açıb:

"Danışmazdan əvvəl götür-qoy edirəm. Mənə deyirlər ki, sizin kimi beş-altı nəfər olsa, fikirlkərimizi çatdırardı. Xalqın ağlından keçənləri dilə gətirərəm.  Geyimlərə söz atmıram. Şəxsi fikrimdir. Deyirəm ki, toya "kalqotqa" ilə gəlirlər.  Dəbdir deyə hamı geyinməlidir?  Toya geyiniləsi paltar deyil. Oranın öz libası var. Gərək xanım-xatun  geyinəsən. Sən gəlib orada mənə fiqura göstərirsən? 

Mənə lazım deyil.  Misal üçün çimərliyə toya geyindiyin paltarla gedərsən? Yox.  Eynilə çimərlikdə geyindiyin paltarla toya gəlməməlisən. Mən zövqdən danışıram. Bilirəm ki, proqramda hansı mahnıları oxuyacam və ona uyğun geyinirəm. Aparıcı göz yormamaq üçün hər gün fərqli geyinə bilər. Amma sən ayda-ildə bir dəfə toya çağırılırsan, yanında gözəl-göyçək həyat yoldaşın var. Ona görə istəmərəm o tərz geyinilsin. Yaxşı edirsən. Lakin düz etmirsən. Kimisə məcbur edə bilmərəm. Yaltaqlanan da deyiləm. Sual verirsiniz, öz fikrimi səsləndirirəm. Düz,ya səhvdirsə deyin. Yazılan rəyləri oxumuram. Əvəzimdən cavab yazırlar".

Milli.Az