Azərbaycanda 48 yaşlı məmur ofisdə qəfildən öldü

22 İyun 2021 12:25

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) baş ofisində ölüm hadisəsi baş verib.

Milli.Az Report-a istinadən bildirir ki, orada çalışan 48 yaşlı Məmməd Həsənov qəfildən vəfat edib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

M.Həsənovun ürək çatışmazlığından öldüyü ehtimal edilir.

Milli.Az