Gürcüstanda açıq havada maska taxmaq tələbi ləğv edildi

22 İyun 2021 12:04

Bu gündən Gürcüstanda açıq havada tibbi maska taxmaq tələbi ləğv edilib.

Milli.Az bildirir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bildirib.

O qeyd edib ki, maska istifadəsi yalnız qapalı məkanlarda və ictimai nəqliyyat vasitələrində məcburi olacaq.

Milli.Az