Gürcüstanda koronavirusa yoluxanların sayı 360 mini keçib

22 İyun 2021 11:24

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 914 yoluxma halı qeydə alınıb, 24 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat yerləşdirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 360 055, ölənlərin sayı isə 5 199 nəfərə çatıb. Virusa yoluxanlardan 346 217 nəfərin sağaldığı bildirilir.

Milli.Az