Misirdə qatar avtobusla toqquşdu: 4 ÖLÜ

22 İyun 2021 09:59

Misirin paytaxtı Qahirə yaxınlığında yük qatarı ilə sərnişin avtobusu toqquşub.

Milli.Az unikal.org-a istinadən bildirir ki, qəza nəticəsində ən azı 4 nəfər ölüb, daha 26 nəfər yaralanıb.

Nəqliyyat naziri Kamel əl-Vəzir yerli tekstil fabrikinin işçiləri olan avtobusun yük daşımaları üçün nəzərdə tutulan dəmiryolları boyunca hərəkət etdiyini və kömür daşıyan qatarla toqquşduğunu bildirib.

Milli.Az