Dağıdılan məscidlər bərpa olunur - VİDEO

22 İyun 2021 15:16

Ermənilər işğal dövründə ərazilərimizdə bütün dini abidələri məhv edib

Milli.Az Real TV-ə istinadən bildirir ki, işğaldan azad edilmiş ərazilərdə dini abidələrin bərpa olunması istiqamətində bərpa işlərinə başlanılıb. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə deyib.

Bildirib ki, işğalçı ermənilər həmin ərazilərdə bütün dini abidələri məhv ediblər: 67 məsciddən cəmi 1 məscid qalıb ki, onu da erməniləşdirməyə çalışıblar.

Mübariz Qubanlı onu da bildirib ki, Artıq Azərbaycan vətəndaşlarından xaricdəki terrorçu qruplara qoşulanlar demək olar ki yoxdur. Son zamanlar belə hallar qeydə alınmayıb

Komitə sədri onu da qeyd edib ki, məscidlərdə pandemiya qaydalarına əməl edilməsi ilə bağlı monitorinqlərə başlayıb. Ölkədə dini konfensiyalarla birlikdə ibadətlərin yerinə yetirilməsinə şərait yaradılmasında köməklik göstərilir.

Milli.Az