Vətən müharibəsinin cəsur döyüşçüsü - VİDEO

22 İyun 2021 16:16

Hələ həqiqi hərbi xidmətdə olandan taleyini orduya bağlamaq qərarı vermişdi Elgün Əmiraslanov.

Tərxis olunandan çox keçməmiş yaşadığı Göygöl rayonunda yerləşən hərbi hissədə müddətdən artıq xidmətə başladı. Kəşfiyyatçı kimi illərlə hazırlıq keçdi, məqam gözlədi. Vətən müharibəsində isə müqəddəs amalı uğrunda irəli atıldı.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, 25 yaşı vardı Elgünün, ailəli və bir qız atası idi.

Elgün həm özünün kəşfiyyatçı bacarıqlarına, həm də ordumuzun gücünə olan inamla ən qızğın döyüşlərdə önə atılanlardandı. Elə ağır döyüşlərdən birində, Murov yüksəkliyi uğrundakı əməliyyatda 4 dostu ilə birgə şəhadətə yüksəldi.

Elgünün qəhrəmanlığı "Vətən uğrunda", "Cəsur döyüşçü" "Kəlbəcərin azad olunmasına görə" medalları ilə mükafatlandırılıb, doğma rayonunda adına küçə verilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az