Rusiyada uşaqlarla dolu avtobuslar toqquşdu: 15 nəfər yaralandı - FOTO

22 İyun 2021 07:00

Kubanda uşaqlarla dolu olan iki avtobus toqquşub, nəticədə nəqliyyat vasitələrdən biri alovlara bürünüb. İlkin məlumatlara görə, sürücü və 15 uşaq xəsarət alıb. Ondar xəstəxanalara yerləşdiriliblər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, avtobuslarda ümumilikdə 62 uşaq, iki sürücü və iki müşayiətçi olub. Qəzanın əyləcdə yaranan problemə görə baş verdiyi ehtimal edilir.

Milli.Az