AÇ-2020-nin C qrupu çərçivəsində keçirilən Ukrayna - Avstriya matçının ən yaxşı futbolçusu müəyyənləşib.
Milli.Az matc.az-a istinadən bildirir ki, Avstriya yığmasının yarımmüdafiəçisi Florian Qriliç bu görüşün ən yaxşısı seçilib.
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 25 yaşlı futbolçu bu oyundakı performansı ilə komandasının qələbə qazanmasında pay sahiblərindən biri olub.
Qeyd edək ki, Ukrayna - Avstriya matçı 0:1 hesabıyla başa çatıb.
Milli.Az