Samux sakini güllə yarası ilə xəstəxanaya yerləşdirilib

21 İyun 2021 22:40

Samux sakini ayağından güllə yarsı alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Ziyadlı kəndində qeydə alınıb.

1989-cu il təvəllüdlü Məmmədov Taleh Yelmar oğlu ayağının güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstə əməliyyat olunub, vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az