AVRO-2020: İtaliyanın rəqibi Avstriya olub

21 İyun 2021 22:25

AVRO-2020-də 1/8 finalın ilk cütü müəyyənləşib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, iyunun 26-da Londondakı "Uembli" stadionunda qarşılaşacaq hər iki komanda dəqiqləşib.

A qrupunun qalibi olan İtaliyanın 1/8 finaldakı rəqibi bu gün bəlli olub. Appeninlilər C qrupunun ikincisi Avstriya ilə görüşəcək.

Londondakı matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Milli.Az