Fitch Kapital Bankın reytinqini B+ səviyyəsində təsdiq etdi

8 Fevral 2012 11:04
Fitch Ratings Beynəlxalq Reytinq Agentliyi Kapital Bankın xarici valyutada uzunmüddətli emitent defoltu reytinqini (EDR) sabit proqnozla B+ səviyyəsində təsdiq edib. Agentliyin rəyində Kapital Bankın bir sıra mühüm dövlət layihələrində fəal iştirakı diqqətə çatdırılıb. Azərbaycanın bütün regionlarını əhatə edən geniş filial şəbəkəsi vasitəsilə pensiyaların paylanmasında Kapital Bankın mühüm rol oynadığı xüsusi vurğulanıb. Bankın likvidlik mövqeyinin də güclü olduğu, likvidlik səviyyəsinin aktiv və passivlərlə mütənasiblik təşkil etdiyi göstərilib.
Ümumilikdə Fitch Ratings-in Kapital Banka verdiyi reytinqlər aşağıdakı kimidir:
Uzunmüddətli EDR: 'B+', stabil proqnozla
Qısamüddətli EDR: 'B'
Davamlılıq reytinqi: 'b-'
Dəstək reytinqi: '4'
Uzunmüddətli EDR-ə dəstək reytinqi: 'B+'