Qadını küçənin ortasında sürüdülər - çantasını oğurlamaq istədilər - VİDEO

21 İyun 2021 19:18

Adana (Türkiyə) evinə gedən Sühüyla K. adlı xanım küçənin ortasında dəhşət yaşayıb.

Gənc qadına arxadan yaxınlaşan iki nəfər onun qolundakı çantanı əlindən alıb qaçmağa çalışıb.

Milli.Az haberturk-ə istinadən xəbər verir ki, qarətçilər əlndən çantanı buraxmayan qadını bu zaman döyüb şil-küt ediblər. Küçə boyu sürüdülən qadı köməyə adam çağırdıqdan sonra quldurlar qaçıb. Yaralı qadını xəstəxanaya çatdırıblar. Kadrlar təhlükəsizlik kamerelarına düşüb.

Polis şübhəliləri müəyyən etməyə müvəffəq olub. Onların 18 yaşlı Hüseyn Ö. və 17 yaşlı M.Ç. olduğunu təsbit edilib.

Kamran Seyidov
Milli.Az