Kreml Paşinyanı təbrik etdi

21 İyun 2021 14:22

"Kreml Ermənistan baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş müqaviləsi" Partiyasının seçkilərdə inamlı və qəti qələbəsini görür və erməni xalqını bu seçimləri ilə bağlı təbrik edir".

Milli.Az Tass-a istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib. "Biz MSK-nın seçkilərin baş tutduğu barədə informasiyasını alqışlayırıq" - deyə seçkilərlə bağlı sualı cavablandırarkən bildirib.

"Kreml arzu edir ki, xalqın parlament seçkiləri ilə bağlı qərarı ölkənin davamlı inkişaf və çətinliklərlə mübarizənin öhdəsindən gəlməyə kömək etsin", -deyə Peskov bildirib.

Kamran Seyidov
Milli.Az