Azərbaycanla COVİD pasportunun qarşılıqlı tanınmasına hazırıq - Qazaxıstan XİN rəhbəri

21 İyun 2021 14:04

Azərbaycan və Qazaxıstan arasında COVİD pasportunun qarşılıqlı tanınmasına hazırıq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanda rəsmi səfərdə olan Qazaxıstan Baş nazirinin müavini - xarici işlər naziri Muxtar Tleuberdi Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla mətbuat konfransında deyib.

O qeyd edib ki, Azərbaycan Qafqaz və Xəzər regionunda Qazaxıstanın əsas ticarət tərəfdaşıdır:

"Pandemiya ilə əlaqədar ticarət dövriyyəmiz azalıb. Biz ticarət dövriyyəsinin artması üçün işlərin görülməsinə, eyni zamanda qısa müddətdə Azərbaycan və Qazaxıstan arasında aviaəlaqələrin bərpasına, COVİD pasportunun qarşılıqlı tanınmasına hazırıq".

Milli.Az