Azərbaycanla Qazaxıstan arasında əhatəli tərəfdaşlıq münasibətləri qurulub - Muxtar Tleuberdi

21 İyun 2021 13:47

Azərbaycan və Qazaxıstan arasında dostluq və qardaşlıq əlaqələrinin əsası ulu öndər Heydər Əliyev və Qazaxıstanın birinci Prezidenti - Elbası Nursultan Nazarbayev tərəfindən qoyulub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycanda rəsmi səfərdə olan Qazaxıstan Baş nazirinin müavini - xarici işlər naziri Muxtar Tleuberdi Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla mətbuat konfransında deyib.

O qeyd edib ki, Qazaxıstan yük qatarlarının və buğda ixracının Azərbaycana davam etməsinə hazırdır: "İki ölkə arasında əhatəli tərəfdaşlıq münasibətləri qurulub. Məqsədimiz bundan sonra da bu münasibətləri daha da dolğun etməkdir".

Milli.Az