Ermənistanda bütün bülletenlər sayıldı: Paşinyan qalibdir

21 İyun 2021 13:41

Ermənistan Mərkəzi Seçki Komissiyası bütün 2008 seçki məntəqəsindəki bülletenlərin sayıldığını elan edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, komitənin məlumatına görə, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın təmsil olunduğu "Mülki Müqavilə" partiyası erkən parlament seçkilərində üstünlük əldə edib.

1 milyon 281 911 bülleten sayıldıqdan sonra Paşinyanın partiyası 53.92% (687 251), Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın "Ermənistan" bloku isə 21.04% (268 165) səs qazanıb.

"Onurum Var" bloku% 5.23 (66.633), "Çiçəklənən Ermənistan" partiyası 3.96% (50416), "Respublika" partiyası 3.04 %, "Aydınlanmış Ermənistan" partiyası 1,22% (15,557), Erməni Milli Konqresi isə 1,54% (19,647) səs toplaya bilib.

Milli.Az