Ermənistanda seçki pozuntuları ilə bağlı İstintaq Komitəsinə yeni materiallar daxil olub

21 İyun 2021 13:37

Ermənistan İstintaq Komitəsinə seçki günü pozuntularla bağlı yeni materiallar və işlər daxil olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, Növbədənkənar parlament seçkilərində səsvermə günü pozuntularla əlaqədar komitəyə 87 material və 2 cinayət işi təqdim edilib.

64 iş başqa bir şəxsin əvəzinə yenidən səs vermə və ya səsvermə cəhdləri ilə, 19 hadisə isə səsvermənin gizliliyinin pozulması ilə əlaqədardır. 1 halda seçici seçki məntəqəsinə silahlı gəlib, 2 halda iradə hüququnun həyata keçirilməsinə maneə olduğu, 1 halda saxta bülletenlərin istehsalı və satışı qeydə alınıb.

Qeyd edək ki, silahlı bir vətəndaşın məntəqədə görünməsi ilə əlaqədar cinayət işi başlanıb. Qalan faktlar üçün materiallar araşdırılır.

Milli.Az