İranın Buşehr AES-i fəaliyyətini dayandırıb

21 İyun 2021 16:16

İranın cənubunda yerləşən Buşehr Atom Elektrik Stansiyası (AES) bir neçə günlük fəaliyyətini dayandırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatı açıqlama yayıb.

Məlumata görə, stansiyada bir sıra texniki nasazlıqlar yaranıb. Buna görə qarşıdakı bir neçə gündə təmir aparıldıqdan sonra stansiya yenidən İranın elektrik şəbəkəsinə qoşulacaq.

Qeyd edək ki, İranın Buşehr AES-nin 1-ci bloku 2011-ci ildə fəaliyyətə başlayıb. 2013-cü ildə blokun istismarı Rus Atom Şirkəti tərəfindən İran şirkətinə təhvil verilib. 2013-cü ildən bu blokda maksimum elektrik enerjisi, yəni 1 min meqavat saat elektrik istehsal olunub. Beynəlxalq standart qiymətlərə əsasən, AES-də istehsal olunan elektrik enerjisinin minimum qiyməti təxminən 4 milyard dollardır.

Milli.Az