Türkiyədə kürd partiyası qapadılır - Məhkəmə iddianaməni qəbul etdi - VİDEO

21 İyun 2021 13:07

Türkiyədə kürdlərə məxsus Xalqların Demokratik Partiyasının (HDP) qapadılması ilə bağlı iddia Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilib.

Milli.Az haberler.com-a istinadən xəbər verir ki, HDP-nin qapanması ilə bağlı irəli sürülən təkrar iddia məhkəmə tərəfindən qəbul edilib. Artıq rəsmi proses başlayıb.

Partiyanın bank hesablarının bağlanması ilə bağlı iddia isə qəbul edilməyib. İddianamə müdafiə üçün HDP-yə də göndərilib. Son qərarı isə 15 nəfərlik heyət çıxaracaq.
 

Kamran Seyidov
Milli.Az