Maşın vuran 4 yaşlı uşaq ölüb

21 İyun 2021 12:51

Cəlilabad rayonunda avtomobil vuran 4 yaşlı uşaq vəfat edib.

Milli.Az DİN-ə istinadən xəbər verir ki, iyunun 19-da saat 18 radələrində rayonun Alqasımlı kəndi ərazisində Üçtəpə kənd sakini İ.İsayev idarə etdiyi "Mercedes" markalı avtomobillə yola çıxmış kənd sakini, 4 yaşlı uşağı vurub.

Nəticədə uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.

Milli.Az