Nikolun qələbəsini Moskva tanıyacaq? - Kalaşnikov

21 İyun 2021 12:54

Paşinyanın parlament seçkisində qalibiyyəti İrəvan və Moskvanın münasibətlərində minimal dəyişikliklərə gətirib çıxaracaq.

Milli.Ax axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Dumasının MDB İşləri üzrə komitəsinin sədri Leonid Kalaşnikov deyib.

"Paşinyanın partiyasının seçkidə qələbəsi Ermənistanla münasibətlərimizə ən kiçik formada təsir edəcək. Ona görə ki, bu münasibətlər artıq sınaqdan keçirilib və Qarabağın nizamanlanmasına dair üçtərəfli razılaşma ilə möhkəmləndirilib.

Köçəryanın köhnə tərəfdaşımız olmasına rəğmən, əgər parlamentdə böyük çoxluğu onun bloku tutsaydı, bu, əlavə turbulentlik yaradardı. Bunu hər kəs başa düşürdi. Ona görə də düşünürəm ki, Moskva seçkiləri tanıyacaq", - deyə o bildirib.

Milli.Az