Yeni vergi sistemi müsbət nəticələr verir - Nazir

21 İyun 2021 12:35

İqtisadi inkişafa stimul yaradan mütərəqqi vergi sisteminin tətbiqi müsbət nəticələr verir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında qeyd edib.

Nazir bildirib ki, bu ilin yanvar-may aylarında dövlət büdcəsinə vergi daxilolmaları 3,8 mlrd. manatdan çox olub. Daxilolmalar üzrə proqnoz 127,1% icra edilib.

Milli.Az