Futbolçular fahişələri otelə dəvət etdilər - Qalmaqal

21 İyun 2021 12:59

Çili millisinin futbolçuları sanitar protokolunu və nizam-intizam qaydalarını pozaraq Amerika Kuboku zamanı seks-gecə təşkil edib.

Milli.Az xarici mediayaya istinadən xəbər verir ki, komandanın oyunçuları - Аrturo Vidal (İnter), Hari Medel (Bolonya), Pablo Аrаnqis ("Universidad de Çili, Eduardo Varqas ( Atletiko Mineyro), Jан Menenses (Leon), Pablo Qаldамеs ( Veles Sarsfild və Nilermo Маriron (Monako) -  Gran Hotel Odara otelinə fahişələri gətiriblər. Çili yığması şənbə və bazar günü məşq etməyib.

Baş məşqçi Martin Lsaarte qalmaqala görə vəzifəsini itirə bilər. Komanda Argentina ilə heç-heçə edib- 1-1, Boliviyanı isə 1-0 hesabı ilə udub. Uruqvayla isə ayın 25-də oyunu olacaq.

Kamran Seyidov
Milli.Az