ABŞ-da ağır QƏZA: 9 uşaq öldü

21 İyun 2021 11:34

ABŞ-ın Alabama ştatında magistral yolun 222-ci kilometrliyində baş verən şiddətli fırtına səbəbindən zəncirvari yol qəzası baş verib. 

Milli.Az unikal.org-a istinadən bildirir ki, 18 avtomobilin iştirakı ilə baş verən zəncirvari yol qəzasında 9-u uşaq olmaqla 10 nəfər ölüb. Qəzadan sonra avtomobillərdən biri yanmağa  başlayıb. Hadisə  yerinə xilasedici  qüvvələr  cəlb  olunub.

Milli.Az