FİFA prezidenti Rövnəq Abdullayevlə görüşdən danışdı

21 İyun 2021 17:24

FİFA prezidenti Canni İnfantino AFFA prezidenti Rövnəq Abdullayevlə görüşdən sonra ali futbol qurumunun rəsmi saytına açıqlama verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, Azərbaycanda futbolun inkişaf edəcəyini deyib: 

"Bakıda olmaqdan və yerli federasiyadakı dostlarla görüşməkdən məmnun oldum. FİFA əmindir ki, AFFA Azərbaycanda futbolun inkişafına böyük təkan verəcək".

İnfantino buna misal kimi Tovuzda tikilən futbol akademiyasını göstərib. 

Milli.Az